Bolqarıstanın Baş naziri Bakıya gəlir (ÖZƏL)


Digərləri 12 Yan 2018 17:05:00 256 0

Bolqarıstanın Baş naziri Bakıya gəlir (ÖZƏL)

Bolqarıstanın Baş naziri Boyko Borisov Azərbaycana səfər edəcək.

Bakı. Ləman Zeynalova - Bolqarıstanın Baş naziri Boyko Borisov Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə Bolqarıstan Nazirlər Şurasından məlumat verilib. Qeyd olunub ki, B.Borisov Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə yanvarın 15-16-da Bakıda rəsmi səfərdə olacaq. Səfərin proqramı dəqiqləşdirilir. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, iki ölkə arasında mal dövriyyəsi 2017-ci ilin yanvar-noyabr aylarında 35,453 milyon dollar təşkil edib. İki ölkə arasında həmçinin enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanlar var. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin