Builki 9-cu siniflərin buraxılış imtahanında dəyişiklik gözlənilir? - RƏSMİ CAVAB


Digərləri 12 Yan 2018 16:47:54 253 0

Builki 9-cu siniflərin buraxılış imtahanında dəyişiklik gözlənilir? - RƏSMİ CAVAB

2017/2018-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) ötən dərs ilində olduğu kimi, iki mərhələdə keçiriləcək.

Bakı. İlhamə İsabalayeva - 2017/2018-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) ötən dərs ilində olduğu kimi, iki mərhələdə keçiriləcək. Trend-in məlumatına görə, bunu DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, hazırda IX sinifdə təhsilalanların məzmun standartları üzrə mənimsəmə səviyyələri və bacarıqlarının yoxlanılması yeni qiymətləndirmə vasitələri ilə aparılır.