Keçmiş məhkum 1,5 kq narkotiklə ələ keçdi


Digərləri 12 Yan 2018 15:41:00 312 0

Keçmiş məhkum 1,5 kq narkotiklə ələ keçdi

Keçmiş məhkumdan 1,5 kq narkotik götürülüb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında yanvarın 11-də Füzuli rayonunun 1-ci Qayıdış qəsəbəsi ərazisində "VAZ-21074" markalı avtomobil polis əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.

Araşdırma zamanı avtomobili idarə edən şəxsin Əsgər Hüseynov, sərnişininin isə Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Altay Əhmədov olması müəyyən edilib.

Polis əməkdaşları tərəfindən onların üzərlərinə və avtomobilə baxış keçirilib. Nəticədə avtomobilin arxa oturacağının altında gizlədilmiş, A.Əhmədova məxsus, sellofan torbada olan külli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb.