Elnarə Əbiyeva polisi maşınla vurub "kapot"da sürüdü və Bakıya qaçdı VİDEO FOTO


Dünya 12 Yan 2018 15:09:00 287 0

Elnarə Əbiyeva polisi maşınla vurub "kapot"da sürüdü və Bakıya qaçdı  VİDEO  FOTO

Ukraynada gənc qadın avtoxuliqan peyda olub. Söhbət Lvov şəhərinin 26 yaşlı sakini, azərbaycanlı Elnarə Əbiyevadan gedir. 

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, son illərdə o, dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu və avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi üçün saxlanılıb.

Lakin yanvarın 7-də Əbiyeva bir az da uzağa gedib.

Lvov polisinin mətbuat xidmətinin rəsmi məlumatına əsasən, "Peugeot" avtomobilini idarə edən qadın təxminən saat 14-də General Çuprinka küçəsində saxlanılıb - o, qarşı yolda yerləşən tramvay xəttinin üzərinə çıxıb. Polis əməkdaşları sürücüdən sənədlərini təqdim etməyi tələb ediblər, lakin Əbiyeva bundan imtina edib.

Qayda pozucusu ilə ünsiyyət zamanı müfəttişlər fikir veriblər ki, qadın özündə deyil və narkotik sərxoşluğu vəziyyətindədir. Elə bu vaxt Əbiyeva gözlənilmədən maşını sürüb və müfəttişlərdən birini vuraraq, kənara tullayıb.

Bundan dərhal sonra avtoxuliqan qadın ikinci müfəttişi də vurub, lakin bu müfəttiş daha möhkəm çıxıb və maşının kapotundan yapışıb. Yaranmış vəziyyət Elnarəni dayandırmayıb, o, kapotun üstündə polis müfəttişi ilə maşını bir neçə küçə boyunca qovub. Təxminən 500 metrlik bu məsafə yolboyu quraşdırılmış kameralara düşüb və əsl Hollivud filmlərini xatırladıb.

Son nəticədə, Elnarə Əbiyeva müfəttişi kapotun üstündən yerə ata bilib və polis əməkdaşı böyük sürətlə yola sıçrayıb, qadın sürücü isə aradan çıxıb.

Məlum olduğuna görə, xəsarət almış polis əməkdaşı təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Onun qolunun sındığı, bir sıra digər xəsarətlər aldığı müəyyən olunub. Patrul Roman Pilipenko hadisənin qeyd olunduğu videonu sosial şəbəkələrdə yayımlayıb və avtoxuliqanın adını açıqlayıb - Elnarə Əbiyeva.


Xəbərə aid fotolar