Konsorsium direktoru: TAP İtaliyanın və bütün Avropanın enerji təhlükəsizliyini gücləndirəcək


Digərləri 12 Yan 2018 14:59:35 246 0

Konsorsium direktoru: TAP İtaliyanın və bütün Avropanın enerji təhlükəsizliyini gücləndirəcək

Transadriatik boru kəməri (TAP) layihəsi İtaliyanın və bütün Avropanın enerji təhlükəsizliyini gücləndirəcək.

Bakı. Ləman Zeynalova - Transadriatik boru kəməri (TAP) layihəsi İtaliyanın və bütün Avropanın enerji təhlükəsizliyini gücləndirəcək. Trend-in məlumatına görə, bunu TAP-ın tikintisi üzrə konsorsiumun idarəedici direktoru Luka Skyeppati İtaliyada energetika konfransında deyib. O qeyd edib ki, TAP İtaliyanı yeni qaz mənbələri ilə təmin edəcək. Direktor bildirib ki, İtaliyanın 35 milyard kubmetr qaz tədarükü haqqında müqavilələrinin müddətinin 2020-ci ildə başa çatacağı nəzərə alınsa, Azərbaycan qazının ölkəyə nəqli onun enerji təhlükəsizliyini gücləndirəcək.