Bərdədə qorxulu anlar:


Digərləri 12 Yan 2018 14:33:00 278 0

Bərdədə qorxulu anlar:

Bərdə rayonunda yanğın zamanı 300-ə yaxın ev quşu tələf olub.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Əliyanlı kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə məskunlaşan Kəlbəcər rayonundan olan məcburi köçkün Ceyhun Babayevə məxsus fərdi quşçuluq təsərrüfatında yanğın baş verib. Yanğın zamanı təsərrüfatda olan 300-ə qədər ev quşları yanaraq tələf olub. 

Hadisə yerinə FHN-nin Bərdə Rayon Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Yanğın söndürülüb və digər tikililərə keçməsinin qarşısı alınıb. 


Xəbərə aid foto