Tənqidçilər ən yaxşıları seçdilər FOTO


Digərləri 12 Yan 2018 14:19:00 274 0

Tənqidçilər ən yaxşıları seçdilər  FOTO

ABŞ-da "Critics' Choice Awards" mükafatlarının 23-cü təqdimat mərasimi keçirilib.

Son.az CBS-ə istinadən bildirir ki, Kaliforniya ştatındakı Santa-Monika şəhərində, "Barker Hangar"da keçirilən mərasimdə "Golden Globe"də olduğu kimi, ötən ilin ən yaxşı kinofilmləri və serialları ödüllər alıblar.

Lakin amerikalı tənqidçilərin mükafatı builki "Golden Globe"dən fərqli idi.

Harrasment, "Times Up" hərəkatı, gender bərabərsizliyi barədə az danışılıb.

Hazırda Hollivudun əsas problemi barədə mərasimdə danışan Reyçel Brosnahen olub. "The Marvelous Mrs. Maisel" serialındakı roluna görə "Komediya serialında ən yaxşı rol" nominasiyasında mükafatı almaq üçün səhnəyə çıxan aktrisanın sözlərinə görə, "Golden Globe" mərasimindəki qara paltarlar Hollivudda seksual təcavüz problemini həll etməyib.

"Bilirəm, "Golden Globe"dan fərqli olaraq indi hamımız qara geyinməmişik. Lakin problemi unutmayaq. Xahiş edirəm ki, "Time's Up" saytına daxil olun, fondun hesabına pul keçirin", - Reyçel Brosnahen deyib.

Mərasimdə yaddaqalan anlardan biri Qal Qadot olub. O, obraza stereotip yanaşmanı alt-üst edən qadınlara verilən "See Her" mükafatını alıb.

"Critics' Choice Awards"ın qaliblərinin siyahısını təqdim edirik:

"Ən yaxşı film" - "The Shape of Water"

"Ən yaxşı aktyor" - Hari Oldman (Darkest Hour)

"Ən yaxşı aktrisa" - Frensis MakDormand, (Three Billboards Outside Ebbing, Missouri)

"Arxa planda ən yaxşı aktyor" - Sem Rokuell (Three Billboards Outside Ebbing, Missouri)

"Arxa planda ən yaxşı aktrisa" - Ellison Cenni  (I, Tonya)