Qəzaya düşən mikroavtobusda "Xəzər Lənkəran"ın sabiq məşqçisi də olub


Digərləri 12 Yan 2018 13:33:00 273 0

Qəzaya düşən mikroavtobusda "Xəzər Lənkəran"ın sabiq məşqçisi də olub

"Xəzər Lənkəran" klubunun sabiq məşqçisi qəzaya düşüb.

Son.az report-a istinadən xəbər verir ki, Lənkərandan Bakıya gələn "Ford" markalı sərnişin mikroavtobusunun qəzaya düşməsi nəticəsində "Xəzər Lənkəran" futbol klubunun məşqçisi, veteran futbolçu Namik Qarayev xəsarət alıb. 

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, veteran futbolçu baş nayihəsindən müxtəlif dərəcəli xəsarətlər alıb: "Yaralı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti normaldır".

Xatırladaq ki, hazırda Lənkəranı təmsil edən "Zirvə" klubuna rəhbərlik edən mütəxəssis Cənub Regional Futbol Federasiyası tərəfindən 2017-ci ilin ən yaxşı məşqçisi seçilib. Qarayev daha əvvəl "Xəzər Lənkəran"ın müxtəlif yaş qrupları üzrə komandalarının məşqçisi olub.