İtaliya KİV: Bakı limanının illik yük qəbuletmə qabiliyyəti 25 milyon tona çatacaq


Digərləri 12 Yan 2018 12:49:00 214 0

İtaliya KİV: Bakı limanının illik yük qəbuletmə qabiliyyəti 25 milyon tona çatacaq

İtaliya mətbuatı Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin yeni terminalının açılışından yazır.

Bakı. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə yanvarın 9-da Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışı İtaliya mətbuatında geniş işıqlandırılıb. Trend-in məlumatına görə, İtaliyanın “Trend Online”, “Milano Finanza”, “Oggi Treviso”, “Treviso Today”, “Fta Online”, “İrepi”, “Agenzia Nova” və digər kütləvi informasiya vasitələri tərəfindən yayılmış məqalələrdə yeni terminalın əhəmiyyəti, yük qəbul etmə qabiliyyəti və texniki göstəriciləri haqqında məlumat verilir. Həmçinin, terminalda logistik əməliyyatların idarə edilməsində İtaliyanın “DBA Group” şirkətinin iştirakından bəhs edilir. Məqalələrdə yeni terminalın ildə 2 milyon ton yük və ya 60 min yük maşını qəbul etmək imkanına malik olduğu bildirilir. Qeyd olunur ki, terminalda bütün logistik əməliyyatların idarə edilməsi “DBA Group” tərəfindən yaradılmış Port-Line proqram təminatı vasitəsilə həyata keçirilir və Port-Line Bakı Beynəlxalq Dəniz Ticarət Limanında tranzit yüklərin maneəsiz daşınmasının asanlaşdırılması məqsədilə prosesin tam avtomatlaşdırılmasını nəzərdə tutur.