Bakıda Təbriz və Salatın Əsgərova küçələri bağlanır


Digərləri 12 Yan 2018 12:38:33 299 0

Bakıda Təbriz və Salatın Əsgərova küçələri bağlanır

Paytaxtın Təbriz və Salatın Əsgərova küçələrində hərəkət qısmən məhdudlaşdırılır.

Bakı. Samir Əli - Paytaxtın Təbriz və Salatın Əsgərova küçələrində hərəkət qısmən məhdudlaşdırılır. Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. O bildirib ki, aparılacaq təmir işləri ilə əlaqədar olaraq Təbriz küçəsində və Salatın Əsgərova küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən etibarən hissə-hissə qismən məhdudlaşdırılacaq.