İtkin düşən alpinistlərlə bağlı yeni


Digərləri 12 Yan 2018 12:11:40 203 0

İtkin düşən alpinistlərlə bağlı yeni

Qubada itkin düşən alpinist dostlarımızla sonuncu əlaqəmiz onların dağa çıxmazdan əvvəlki gün gecə dağ ətəyində düşərgə saldıqları zaman olmuşdu.

Son.az xəbər verir ki, bunu Trend-ə alpinist Camal Qaşqay deyib.

C.Qaşqay vurğulayıb ki, bu, itkin düşmüş alpinistlərdən alınan sonuncu mesaj oldu: "Həmin gecə güclü külək və qar müşahidə olunurdu. Ehtimal ki, onlar sonra dağa çıxan zaman problemlə üzləşiblər, lakin xilasetmə komandası və helikopterlər əsas düşərgədən yuxarıda onlardan heç bir iz tapa bilməyib".

O qeyd edib ki, itkin düşən alpinistlər səfərə getməzdən əvvəl lazımi sənədləşdirmə və yoxlama işlərini həyata keçirmişdilər, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən və digər müvafiq qurumlardan lazımi icazə almışdılar.

Alpinistin sözlərinə görə, qrup yaxşı təchizatlanmışdı və onlardan ikisi kifayət qədər təcrübəyə malik idi.