Türkiyədə avtobus aşıb, 9 nəfər ölüb, 28 nəfər yaralanıb


Dünya 12 Yan 2018 11:40:00 224 0

Türkiyədə avtobus aşıb, 9 nəfər ölüb, 28 nəfər yaralanıb

Ölən və yaralananların hamısı İraq vətəndaşlarıdır

Türkiyənin Şırnak əyalətində avtobusun aşması nəticəsində 9 nəfər ölüb, 28 nəfər yaralanıb.

“Report” Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, hadisə yanvarın 12-də səhər saatların əyalətin Silopi rayonunda baş verib.

Avtobus Türkiyədən İraqa sərnişin daşıyırmış. Ölən və yaralananların hamısı İraq vətəndaşlarıdır.

Qəzaya səbəbi kimi sürücüsünü idarəetməni itirməsi göstərilir.