"Hansı müğənni Rəmişin hesabına adam olub, indi adam saymır?" FOTO


Digərləri 12 Yan 2018 11:30:00 291 0

"Hansı müğənni Rəmişin hesabına adam olub, indi adam saymır?"  FOTO

Dünən "5/5"də Zaurun qonağı Rafiq Hüseynov (Rəmiş) və xanımı Gülü olub.

Son.az xəbər verir ki, aparıcının xalq artistinə ünvanladığı suallar maraqlı açıqlamalara səhnə olub.

Zaurla xalq artistinin sözügedən dialoqunu təqdim edirik:

Gitarada elə bir sirr varmı ki, onu Rəmiş müəllimdən başqa heç kim bilmir?

- Mütləq var. Var, olub və elə də olacaq.

Gülü xanım deyir "Rəmişin toyu yoxdur". Bəlkə baha deyirsiniz, ona görə?!

- Biz qiymətlə toya getmirik. 

Övladlığa uşaq götürmək istəsəniz, Gülü xanım razı olarmı?

- Olar. Amma mən 5 uşaqdan əziyyətliyəm. 


Xəbərə aid fotolar