Dövlət fondunda 966 milli standart var


Digərləri 12 Yan 2018 10:41:43 256 0

Dövlət fondunda 966 milli standart var

Texniki tənzimləmə və standartlaşdırma üzrə texniki normativ hüquqi aktların dövlət fondunda 20 mindən çox dövlətlərarası və 966 milli standart mövcuddur.

Bakı. Texniki tənzimləmə və standartlaşdırma üzrə texniki normativ hüquqi aktların dövlət fondunda 20 mindən çox dövlətlərarası və 966 milli standart mövcuddur. Bu barədə Trend-ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib. Komitədən bildirilib ki, onlardan 94 standart neft-kimya, 322 standart uyğunluğun qiymətləndirilməsi, 148 standart sənaye, 22 standart xidmət, 249 standart aqrar və qida, 107 standart tikinti materialları sahələrinə aiddir. Milli standartların 45%-i beynəlxalq və Avropa standartlarına harmonizə edilib.