Bakının bu ərazilərində qaz olmayacaq


Digərləri 12 Yan 2018 10:23:00 283 0

Bakının bu ərazilərində qaz olmayacaq

Bakı şəhəri Binəqədi rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

Bu barədə Son.az-a "Azəriqaz" İstehsalat Birliyindən (İB) məlumat verilib.

Bildirilir ki, Binəqədi rayonu Vorovski qəsəbəsi ərazisində istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə uzun müddət istismar olunmuş mövcud diametri 159 mm-lik aşağı təzyiqli qaz xəttinin əvəzlənməsi üçün yeni çəkilmiş diametri 110 mm-lik polietilen orta təzyiqli yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xəttindən ayrılmalar üzərində qaz tənzimləyici qurğuların quraşdırılması və avtomobil yolunun təmiri ilə bağlı tikinti sahəsinə düşən qaz xətlərinin rekonstruksiyası ilə əlaqədar, bu gün saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarında, Rəsulzadə, Biləcəri və Xutor qəsəbələrində, eləcədə Motodrom ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.