Braziliyada gediş haqlarının qaldırılması iğtişaşlara səbəb olub


Dünya 12 Yan 2018 04:42:35 470 0

Braziliyada gediş haqlarının qaldırılması iğtişaşlara səbəb olub

Asayiş keşikçiləri səs qumbaraları tətbiq ediblər

Braziliyanın paytaxtı San-Pauluda ictimai nəqliyyatda gediş haqlarının qaldırılmasına qarşı keçirilən nümayiş qarşıdurma ilə nəticələnib.

“Report” xəbər verir ki, etirazçılarla polis arasında toqquşmanın kadrlarını yerli “Globo” telekanalı nümayiş etdirib.

Narazı kütlənin metro stansiyalarından birini bağlamaq cəhdindən sonra, hüquq-mühafizə orqanları əməkdaşları onlara qarşı səs qumbaralarından istifadə ediblər. Ən azı bir asayiş keşikçisi xəsarət alıb.

Yanvarın 7-dən ictimai nəqliyyatda bir gedişin haqqı 1,18 dollardan 1,24 dollara qaldırılıb.