Qışda nə qədər günəş şüası qəbul etmək lazımdır?


Digərləri 12 Yan 2018 04:30:00 568 0

Qışda nə qədər günəş şüası qəbul etmək lazımdır?

Orqanizmi lazımi səviyyədə D vitamini ilə təmin etmək üçün insana hansı miqdarda günəş şüası lazımdır? London Kral Kollecindən təcrübəli dermatoloq bildirib ki, bu rəqəm, çoxlarının düşündüyündən xeyli böyükdür.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, həkim-dermatoloq Reyçel Morris-Cons dəri ilə bağlı bütün "mifləri" özünün 20 illik təcrübəsinə əsasən alt-üst edir. Məsələn, o, əmin edir ki, bizim çoxumuza yumşaldıcı vasitələr lazım deyil. Belə ki, insan dərisi öz təbii balansını qoruyub saxlaya bilir və onu əlavə olaraq artırmağa ehtiyac yoxdur. Lakin normal dərisi olan insanlar zaman keçdikdə əllərində və ayağın aşağı hissəsində quruluğun artmasını hiss edirlər. Adətən 20 yaşdan sonra başlanan bu proses orqanizmin hər il 1 faiz az kollagen hasil etməsi ilə bağlıdır ki, nəticədə dəridə nəmlik azalır. Hər halda insanlara 50 yaşdan sonra yumşaldıcı vasitələr lazımdır, bu zaman onların inqrediyentinə diqqət yetirilməli, tərkibində kokos yağı, yaxud parafin olandan istifadə edilməlidir.

Günəş yanıqlarından qorunmaq lazımdır. Lakin şübhə yoxdur ki, bizim sağlamlığımız üçün günəş şüaları vacibdir. Çünki onun təsiri altında dəri sümük və immun sisteminin tələb etdiyi D vitaminini ayırır. Hər gün orqanizmə bu vitamindən 25 mkq lazımdır. Bu miqdarı əldə etmək üçün Avropa ölkələrində yaşayanlar aprel ayında 8 dəqiqə, avqustda 5 dəqiqə, dekabrda 2 saat 20 dəqiqə, qaradərili insanlar isə dekabr ayı ərzində 24 saatdan çox günəş şüası qəbul etməlidir.