“Microsoft” Bitcoinu artıq ödəniş metodu kimi qəbul etmir


Digərləri 11 Yan 2018 23:55:00 310 0

“Microsoft” Bitcoinu artıq ödəniş metodu kimi qəbul etmir

"Microsoft" Bitcoin-u Microsoft məhsulları üçün ödəniş metodu kimi dəstəkləməyi dayandırdı.

Son.az moneta.az-a istinadən bildirir ki, texnologiya nəhənginin bu addımı atmasının əsas səbəbi Bitcoin-nun qeyri-stabilliyi ilə əlaqədardır.

Microsoft 2014-cü ildən etibarən Bitcoin-u ödəniş metodu kimi dəstəkləyirdi və bu illər ərzində Bitcoin-u bir neçə dəfə müvəqqəti olaraq dəstəkləməyi dayandırmışdı. Bitcoin-nun dəyişkən qiyməti əsas problemdir, çünki ani və gözlənilməz qiymət enmələri böyük itkilərlə nəticələnə bilər.