Bakıda yol qəzasında 2 qadın xəsarət alıb


Digərləri 11 Yan 2018 22:09:00 223 0

Bakıda yol qəzasında 2 qadın xəsarət alıb

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, avtoqəza Buzovna qəsəbəsində qeydə alınıb. Məlumata görə, hadisə zamanı iki avtomobil toqquşub. Nəticədə avtomobillərdən birində olan sərnişinlər - 1965-ci il təvəllüdlü Hüseynova Rəsmiyyə Əhəd qızı və onun bacısı 1959-cu il təvəllüdlü Səmədova Minə Əhəd qızı xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlara müvafiq tibbi yardım göstərilib. Xəsarətləri nisbətən yüngül olan M.Səmədova sonrakı müalicə üçün evə buraxılıb.   Hadisəni Xəzər polisi araşdırır. Sürücülərin ifadələrinin alınması üçün saxlanıldığı bildirilir.