Bu il daha 10 xalça fabriki açılacaq VİDEO


Digərləri 11 Yan 2018 21:12:00 253 0

Bu il daha 10 xalça fabriki açılacaq  VİDEO

2018-ci ildə "Azərxalça"nın filiallarının sayı 20-yə çatdırılacaq.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu fikirləri "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Vidadi Muradov bildirib. V. Muradov qeyd edib ki, dövlət başçısının xalçaçılıqla bağlı qoyduğu hədəflərə nail olmaq üçün bütün işlər plan üzrə gedir və filialların sayı artırılır. Vidadi Muradov bildirib ki, hazırda Azərbaycan xalçaları dünya bazarına çıxarılsa da, onun alıcılarının sayı o qədər çox deyil. Ancaq bu il görüləcək işlər nəticəsində əsas məqsəd qısa zamanda Azərbaycan xalçalarını dünya bazarına çıxarmaq və onun kütləvi satışına nail olmaqdır. Cəmiyyətin sədri əlavə edib ki, dünya bazarına Hindistan, Çin, İran, Türkiyə kimi ölkələr xalçalar çıxarsa da, onların heç biri Azərbaycan xalçalarına rəqib ola bilməzlər. Çünki Azərbaycan xalçalarının özünəməxsus tarixi, öz xüsusi dəsti-xətti və naxış sistemi var. Buna görə də bu sahənin inkişafı həm Azərbaycanda yeni iş yerlərinin yaranmasına, həm də Azərbaycan mədəniyyətinin dünya miqyasında tanıdılmasında önəmli rol oynayacaq.