Rusiyada azərbaycanlı "killer"in məhkəməsi başlayır


Digərləri 11 Yan 2018 19:36:00 237 0

Rusiyada azərbaycanlı "killer"in məhkəməsi başlayır

Rusiyanın Ulyanovsk vilayətində ərini öldürməyi Azərbaycan vətəndaşına sifariş verən qadının cinayət işi məhkəməyə göndərilib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ulyanovsk vilayəti prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Prokurorluq tərəfindən vilayətin ağır cinayət törətməkdə ittiham olunan iki sakini barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İstintaq materiallarına görə, qətl hadisəsi 2014-cü ilin oktyabrında Dmitrovqrad şəhərində baş verib. 36 yaşlı kişinin cəsədi Svirskaya küçəsində yerləşən evlərin birinin giriş qapısında tapılıb.

Cinayətin təhqiqatı iki ildən çox çəkib. Müstəntiqlər mərhumla arvadı arasında münaqişəsnin olduğunu müəyyən ediblər. Məlum olub ki, qadın çörək sexində çalışan 39 yaşlı Azərbaycan vətəndaşına 500 min rubl qarşılığında ərini öldürməyi sifariş verib.