“Paşa Bank”ın törəmə bankında YENİ TƏYİNAT gözlənilir


Digərləri 11 Yan 2018 16:31:00 166 0

“Paşa Bank”ın törəmə bankında YENİ TƏYİNAT gözlənilir

“Paşa Bank”ın Gürcüstandakı törəmə bankında Direktorlar şurasının yeni rəhbəri təyin olunacaq

Bakı. Azad Həsənli - “Paşa Bank”ın Gürcüstandakı törəmə bankında Direktorlar Şurasının yeni rəhbəri təyin olunacaq. Bu barədə Trend-ə maliyyə bazarındakı mənbə məlumat verib. Məlumatda qeyd olunur ki, fevral ayında Arda Arkun Direktorlar Şurasının rəhbəri təyin olunacaq. Hazırda bu vəzifədə işləyən Şahin Məmmədov öz növbəsində “Paşa Holding”ə keçəcək. O, holdinqdə biznesin dəstəklənməsi üzrə direktor və icraçı dirtektorun müavini vəzifələrinə təyin olunacaq.