Dövlət İmtahan Mərkəzi 1145 vəzifəyə qəbul üçün müsahibə elan etdi


Digərləri 11 Yan 2018 16:02:00 200 0

Dövlət İmtahan Mərkəzi 1145 vəzifəyə qəbul üçün müsahibə elan etdi

İnzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə (B növü) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzi inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan vakant 1145 icraçı (mütəxəssis) vəzifəsinə (B növü) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edib. Mərkəzdən Trend-ə verilən məlumata görə, müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay – fevralın 9-dək davam edəcək.