Daha bir kəndə ilk dəfə təbii qaz verildi


Digərləri 11 Yan 2018 15:21:00 206 0

Daha bir kəndə ilk dəfə təbii qaz verildi

Yanvarın 11-də Beyləqan rayonunun İmamverdili kəndinə ilk dəfə təbii qaz verilib.

Bakı. Yanvarın 11-də Beyləqan rayonunun İmamverdili kəndinə ilk dəfə təbii qaz verilib. “Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 229 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 27 111 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.