UNEC-də müraciətləri İctimai Nəzarət Şurası dinləyəcək – YENİLİK


Digərləri 11 Yan 2018 13:52:11 244 0

UNEC-də müraciətləri İctimai Nəzarət Şurası dinləyəcək – YENİLİK

UNEC-də müraciətləri İctimai Nəzarət Şurası dinləyəcək.

Bakı. UNEC-də müraciətləri İctimai Nəzarət Şurası dinləyəcək. UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, yanvarın 13-də UNEC-də “Açıq qapı” günü keçiriləcək. UNEC-də qış imtahan sessiyası boyunca ənənəvi olaraq hər həftənin şənbə günü keçirilən “Açıq qapı” günündə universitet rəhbərliyi iştirak etməyəcək. İlk dəfə olaraq tələbə və valideynlərin müraciətini yalnız UNEC İctimai Nəzarət Şurası dinləyəcək. Şura üzvləri müraciətləri araşdıraraq, onların həlli istiqamətində universitet rəhbərliyi qarşısında məsələ qaldıracaqlar.