Bakı metrosunda "bomj"un halı pisləşdi


Digərləri 11 Yan 2018 12:30:00 201 0

Bakı metrosunda "bomj"un halı pisləşdi

Bakıda metroda sərnişinin halı pisləşib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə səhər saatlarında metronun "Elmlər Akademiyası" stansiyasında baş verib. Stansiyaya daxil olan sərnişinin platformada halı pisləşib. Daxili İşlər Nazirliyinin Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşlarının səyi nəticəsində halı pişləşən yaşlı sərnişinə ilkin yardım göstərilib və stansiyaya təcili yardım briqadası çağırılıb.

Təcili yardım briqadası həmin şəxsə tibbi yardım göstərib. Məlum olub ki, halı pisləşən şəxs tüfeyli həyat tərzi keçirir və sərxoş vəziyyətdədir. Polis əməkdaşları həmin şəxsi səhhəti normallaşana qədər nəzarətdə saxlayıb. Vəziyyəti normallaşan şəxs stansiyadan uzaqlaşdırlıb.