DİN-dən əməliyyat: 2 kq-a yaxın narkotik müsadirə olunub


Digərləri 11 Yan 2018 12:07:18 189 0

DİN-dən əməliyyat: 2 kq-a yaxın narkotik müsadirə olunub

Ötən gün polis əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri uğurla nəticələnib, 2 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bakı. Ötən gün polis əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri uğurla nəticələnib, 2 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aydın Əzimov saxlanılıb. Baxış zamanı ondan 510 qram heroin aşkar edilərək götürülüb. Bakı şəhər sakini Yaqub Yunusov isə Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Üzərinə baxış zamanı 400 qram marixuana aşkar edilib.