Astanada fövqəladə vəziyyət elan olundu


Dünya 11 Yan 2018 11:12:00 227 0

Astanada fövqəladə vəziyyət elan olundu

Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Qazaxıstanın Astana vilayətində fövqəladə vəziyyət elan edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Astana vilayətinin başçısı Aset İsekeşev dövlət qurumları, təhsil müəssisələri, sahibkarlıq obyektləri və digər müəssisələrin rəhbərlərinə fəaliyyəti dayandırmağın tövsiyə olunduğunu bildirib.

Hazırda güclü külək, qar Astanada həyatı iflic edib, bütün avtomobil yolları bağlanıb.