Varşavada sərnişin təyyarəsi qəza enişi edib


Dünya 11 Yan 2018 08:53:00 243 0

Varşavada sərnişin təyyarəsi qəza enişi edib

Varşavada "Bombardier" markalı sərnişin təyyarəsi qəza enişi edib.

Son.az Trend-ə istinadən bildirir ki, qəza enişinə səbəb qabaq şassinin çıxmaması olub. Qəza enişi zamanı təyyarədə 59 sərnişin və 4 heyət üzvü olub.

Xəsarət alanlar barədə məlumat yoxdur. Varşava hava limanı bağlanılıb.