İnsanın immun sisteminin “xəritə”si yaradılacaq


Digərləri 11 Yan 2018 08:59:00 339 0

İnsanın immun sisteminin “xəritə”si yaradılacaq

"Microsoft" korporasiyası "Adaptive Diotechnologies" startapını satın alaraq onunla birgə insanın immun sisteminin geniş "xəritə"sinin tərtibini planlaşdırır. Onun vasitəsilə orqanizmdə bütün dəyişiklikləri oxumaq və qeydə almaq mümkün olacaq. Bu, həkimlərə diaqnozları maksimum dəqiqliklə qoymağa imkan verəcək.

Son.az ICTnews-a istinadən bildirir ki, genomun sekvensiyası və bioinformatika ilə məşğul olan "Adaptive Biotechnologies" şirkəti  "Microsoft" ilə səyləri birləşdirməklə tədqiqatları yeni səviyyəyə çıxarmaq niyyətindədir.

"İmmun sisteminin vəziyyəti insan sağlamlığı barədə çoxlu məlumatlar verə bilər. Hazırda bu, fantastika kimi səslənsə də, biz bütün bu məlumatları oxuya bilsəydik, necə olardı?", - "Microsoft"un süni intellekt bölməsinin rəhbəri sualla müraciət edib.

Məlumata görə, insanın immun sistemini başa düşməyə kömək edəcək texnologiyalar konsepsiyasının hazırlanması üzərində işə başlayan şirkətlərin mütəxəssisləri bütün immun hüceyrələrinin öyrəniləcəyini bildiriblər. Bundan sonra əldə olunan məlumatları insan orqanizmində T hüceyrələrinin əlaqələrini müəyyənləşdirməklə onlar və müxtəlif xəstəliklər arasında qarşılıqlı əlaqəni aşkarlayacaq və alim və həkimlərin öyrənə biləcəyi "xəritə"ni hazırlayacaq süni intellekt alqoritmi tədqiq edəcək.