Rikki Martin anası erməni olan Cvan Yoseflə evləndi


Digərləri 11 Yan 2018 08:30:00 280 0

Rikki Martin anası erməni olan Cvan Yoseflə evləndi

Təntənəli toy mərasimi yaxın vaxtlarda təşkil olunacaq

Məşhur puerto-rikalı müğənni Rikki Martin atası kürd, anası isə erməni olan isveçli rəssam Cvan Yosef ilə ailə həyatı qurub.

Son.az "Report"a istinadən bildirir ki, müğənni və rəssam nikah sözləşməsi əldə edib, lakin təntənəli toy mərasimi hələ baş tutmayıb. "Mən bəy oldum, biz böyük gecəni yaxın aylarda təşkil edəcəyik, mən sizə xəbər edəcəyəm", - deyə Rikki Martin bildirib. Rikki Martin və Cvan Yosef 2 il əvvəl görüşməyə başlayıblar. Ötən il televiziya şoularından birində onlar nişanlandıqlarını etiraf ediblər.