İlk avtobus dayanacağı çap olundu


Digərləri 11 Yan 2018 07:31:00 228 0

İlk avtobus dayanacağı çap olundu

Çində "3D" printerdə çap edilmiş dünyada ilk avtobus dayanacağı istifadəyə verilib.

Son.az ICTnews-a istinadən bildirir ki, "3D" çap texnologiyası vaxt keçdikcə geniş tətbiq edilir. Məsələn, ötən ilin oktyabrında Niderlandda "3D" texnologiyası ilə çap edilmiş velosiped körpüsü istifadəyə verilib.

İndi isə "WinSun Construction" şirkəti "3D" printerdə çap edilmiş dünyada ilk avtobus dayanacağını təqdim edib.