Cinsi zəifliyi aradan qaldıran yağ


Digərləri 10 Yan 2018 23:42:00 308 0

Cinsi zəifliyi aradan qaldıran yağ

Kərə yağı qədim zamanlarda tək qida deyil, qiymətli müalicəvi məhsul sayılırdı.

Kərə yağının köməyi ilə bir çox xəstəliklər müalicə olunurdu. Bu xəstəliklər arasında öskürək, vərəm, pnevmoniya, dəri problemləri, mədə və bağırsaq xəstəlikləri, babasil və s. var.

Hindistanda əridilmiş kərə yağı 1001 dərdin dərmanı sayılır və Ayurvedada bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Müalicəvi bitkilər və ədviyyatlar əridilmiş kərə yağı ilə qarışdırılır və bu halda daxilə qəbul olunur və ya dəriyə çəkilir.

Təbii, keyfiyyətli kərə yağı həqiqətən çox qiymətli və faydalı məhsuldur. Kərə yağının tərkibində bir çox vitaminlər (xüsusilə A, E, D), minerallar, yağlı turşular, zülallar var.   

Son.az saglamolun.az-a istinadən sizə kərə yağının müalicəvi xüsusiyyətlərini təqdim edir.

- Kərə yağı mədə xorası və eroziyalar zamanı selikli qişaların bərpasını sürətləndirir. Bunun üçün kərə yağını eyni miqdarda balla qarışdırın gündə 3 dəfə 1 ç.q. olmaqla yeməkdən 30 dəqiqə əvvəl qəbul etmək lazımdır.

- Öskürək və bronxit  zamanı kərə yağı əlavə olunmuş süd istifadə olunur. Bunun üçün 1 stəkan isti südə 1 ç.q. kərə yağı əlavə edin, qarışdırın və için.