Avtomobili harada saxlayaq? AÇIQLAMA VİDEO


Digərləri 10 Yan 2018 22:55:00 253 0

Avtomobili harada saxlayaq?  AÇIQLAMA  VİDEO

Dayanma-durma və parklanma ilə bağlı yol polisinin tərtib etdiyi bir çox protokol sürücülərin narazılığına səbəb olur.

Son.az bildirir ki, yol polisi parklanma üçün yetərincə yerin olduğunu, sürücülər isə yer tapmaqda çətinlik çəkdiklərini bildirirlər.

Bakı Şəhər Dövlət Yol Polisi idaərəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə sürücülər elə düşünürlər sanki durma qadağan olan yerdə avtomobili qısa müddət saxlamaq olar.

Vaqif Əsədov bildirir ki, bu şikayətlər nəticəyə təsir etməsə də araşdırma böyük vaxt itkisinə səbəb olur. Onun sözlərinə hazırda paytaxtın müxtəlif ərazilərində avtomobil saxlmaq üçün kifayət qədər yerlər var, sürücülər məhz bu yerlərdən istifadə etməlidir.