İranda narkotik cinayətlərinə görə ölümə məhkum edilənlərin işinə yenidən baxılacaq


Dünya 10 Yan 2018 20:42:00 254 0

İranda narkotik cinayətlərinə görə ölümə məhkum edilənlərin işinə yenidən baxılacaq

İranın məhkəmə sisteminin sədri ayətullah Sadiq Amoli Laricani "Narkotik vasitələrlə mübarizə" qanununa bir maddəlik əlavənin icrasına göstəriş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, göstərişə əsasən ölkə üzrə cinayət cəzaları üzrə hakimlər edama məhkum olunmuş şəxslərin barəsində çıxarılan qərarları dayandırmalı və onların işlərinə yenidən baxmalıdır.

Təlimatın icrası üzrə məsuliyyət prokurorlar və baş ədliyyə idarələrinə tapşırılıb.  Ölkənin baş prokuroru bu təlimatın icrasına nəzarət edəcək və 3 aydan sonra bir maddəlik əlavənin icrasına dair öz hesabatını məhkəmə sisteminin sədrinə təqdim edəcək.