"Stratfor" analitiki “Şimal-Cənub” dəhlizinin regionda geosiyasi tarazlığa təsiri barədə: Əhəmiyyətli təsir göstərəcək


Digərləri 10 Yan 2018 19:25:00 247 0

"Stratfor" analitiki “Şimal-Cənub” dəhlizinin regionda geosiyasi tarazlığa təsiri barədə: Əhəmiyyətli təsir göstərəcək

Şimali Avropa ilə Cənub-Şərqi Asiyanı birləşdirəcək “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi regionda geosiyasi tarazlaşdırmaya əhəmiyyətli təsir göstərəcək

Bakı. Azad Həsənli - Şimali Avropa ilə Cənub-Şərqi Asiyanı birləşdirəcək “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi regionda geosiyasi tarazlığa əhəmiyyətli təsir göstərəcək. Trend-in məlumatına görə, bunu “Azernews”a müsahibəsində “Stratfor” kəşfiyyat-analitika şirkətinin böyük analitiki Yevgeni Çausovski deyib. O qeyd edib ki, dəhlizin işə başlaması ilə tranzit müddəti və məhsulların qiyməti azala bilər: “Layihə həmçinin bu marşruta daxil olan ölkələr, xüsusilə də Rusiya və İran arasında əlaqələrin güclənməsinə xidmət edəcək”. Hazırda Hindistandan Rusiyaya yüklərin çatdırılması üçün 40 gündən çox müddət tələb olunur. “Şimal-Cənub” dəhlizi bu müddəti 25 günə salmağa imkan verəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin