"DəmirBank"ın ipoteka kreditləri portfeli 4 banka ötürülüb


Digərləri 10 Yan 2018 18:38:00 216 0

"DəmirBank"ın ipoteka kreditləri portfeli 4 banka ötürülüb

Xidmət müqaviləsinin şərtlərinə əsasən bankda xidmət olunan ipoteka kreditləri portfeli "Muğanbank" ASC, "Günay Bank" ASC, "Rabitəbank" ASC və "NBC Bank" ASC-yə ötürülüb.

Bakı. Ləğv olunmuş "DəmirBank" ASC tərəfindən "Azərbaycan İpoteka Fondu" ASC-nin vəsaiti hesabına verilən ipoteka kreditlərinə xidmətin həyata keçirilməsinin mümkün olmaması səbəbindən bankla bağlanmış Xidmət müqaviləsinin şərtlərinə əsasən bankda xidmət olunan ipoteka kreditləri portfeli 2017-ci il dekabrın 27-dən "Muğanbank" ASC, "Günay Bank" ASC, "Rabitəbank" ASC və "NBC Bank" ASC-yə ötürülüb. Azərbaycan İpoteka Fondundan Trend-ə verilən məlumata görə, xidmət üçün ötürülən portfelin həcmi 37,2 mln.manatdır (1170 borcalan).