Dağıstan Azərbaycanda Rusiya vətəndaşlarının yaşadığı kəndlərin köçürülməsinə pul ayıracaq


Digərləri 10 Yan 2018 17:17:40 223 0

Dağıstan Azərbaycanda Rusiya vətəndaşlarının yaşadığı kəndlərin köçürülməsinə pul ayıracaq

Dağıstan rəhbərliyi 2018-ci ildə Azərbaycan ərazisində yerləşən, lakin Rusiya vətəndaşlarının məskunlaşdığı Uryan-Uba və Xrax-Uba kəndlərindən sakinlərin Dağıstana köçürülməsi üçün 210 milyon rubl ayıracaq

Bakı. Dağıstan rəhbərliyi 2018-ci ildə Azərbaycan ərazisində yerləşən, lakin Rusiya vətəndaşlarının məskunlaşdığı Uryan-Uba və Xrax-Uba kəndlərindən sakinlərin Dağıstana köçürülməsi üçün 210 milyon rubl ayıracaq. Trend-in məlumatına görə, bu barədə Dağıstanın İqtisadiyyat və Ərazi İnkişafı Nazirliyi bildirib. Məlumatda qeyd olunur ki, bu kəndlərin sakinlərinin Azərbaycandan Dağıstan ərazisinə köçürülməsi məsələsinin bu il tam həll olunması planlaşdırılır. 2017-ci ildə Uryan-Uba və Xrax-Uba kəndlərinin 380-ə yaxın sakini yaşayış sahəsinin alınması üçün birdəfəlik ödəniş müqabilində köçməyə razı olduqlarını bildirmişdi. Qeyd edək ki, 2010-cu ildə Rusiya və Azərbaycan dövlət sərhədi haqqında müqavilə imzalamışdılar. Bu müqavilədə ərazilərin mənsubiyyəti ilə bağlı bütün məsələlər tərəflər arasında razılaşdırılmışdı. 2013-cü ilin avqustunda Rusiya Prezidenti Vladimir Putin Azərbaycan ərazisində yaşayan Rusiya vətəndaşlarının köçürülməsi ilə bağlı tapşırıq vermişdi. В сентябре 2010 года Россия и Азербайджан подписали договор о государственной границе, в котором стороны согласовали все вопросы, связанные с принадлежностью территорий. В августе 2013 года президент РФ Владимир Путин поручил переселить граждан России, живущих на территории Азербайджана.