Ayaqları kəsilmiş Məhəmməd kədərdən qurtuldu VİDEO FOTO


Digərləri 10 Yan 2018 16:46:00 280 0

Ayaqları kəsilmiş Məhəmməd kədərdən qurtuldu  VİDEO  FOTO

Üzərindən qatan keçən balaca Məhəmməd Saleh qan içində çabalayırdı. Ətrafdakı insanlar uşağı relslərin arasından çıxardılar. Məhəmmədin ayaqlarını qatarın təkərləri kəsmişdi.

Son.az Hindustan Times-a istinadən bildirir ki, olay Hindistanın Karnataka ştatındakı Manqalor şəhərində yaşanmışdı. 2 yaşlı Məhəmməd Saleh xəstəxanaya aparılıb.

Qanaxmadan ölüm əsnasında olan balaca oğlanı xilas etmək üçün həkimlər səfərbər olublar.

Əməliyyat başlayıb və yeddi saat davam edib.

Unikal əməliyyat nəticəsində Məhəmməd Salehin kəsilib kənara düşmüş ayaq parçaları yerinə tikilib.

Dünyada indiyədək sadəcə, 13 dəfə belə əməliyyat reallaşdırılmışdı.


Xəbərə aid fotolar