"Prezident bu ili "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etməklə dünyaya ölkəmizin böyük müstəqillik tarixi barədə mesaj verdi"


Digərləri 10 Yan 2018 15:41:00 286 0

"Prezident bu ili "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etməklə dünyaya ölkəmizin böyük müstəqillik tarixi barədə mesaj verdi"

"2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi dövlət başçısı tərəfindən atılan çox uğurlu və yerinə düşən bir addımdır".

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev deyib.

O bildirib ki, XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması təkcə Azərbaycan xalqının deyil, müsəlman dünyasının tarixində çox mühüm bir hadisə idi: "İlk demokratik respublikanın Azərbaycanda yaradılması bizim xalqın dünya xalqları içərisində nə qədər inkişaf etmiş və öz qiymətini bilən xalq olduğunun ifadəsidir. Təəssüflər olsun ki, Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı, amma onun qoyduğu ənənələr əsrin sonunda Azərbaycan müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyev tərəfindən tam həyata keçirildi".