Qadını zorlayıb, öldürən dostlara 39 illik HƏBS TƏLƏBİ


Digərləri 10 Yan 2018 15:31:00 310 0

Qadını zorlayıb, öldürən dostlara 39 illik HƏBS TƏLƏBİ

Bakıda qadını öldürməkdə təqsirləndirilən Dmitriy Razumniy və Samir Zenyukovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Samir Zeynukovun 20 il, Dmitriy Razumniyanın isə 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxslərin vəkilləri çıxış üçün əlavə vaxt istəyiblər. Bu səbəbdən növbəti proses yanvarın 17-ə təyin edilib.

İttihama görə, qətl hadisəsi ötən il aprelin 30-da Səbail rayon Neftçilər prospektində yerləşən mənzillərdən birində baş verib. Həmin mənzildə Rusiya vətəndaşı Samir Zenyukov tanışı Dmitriy Razumnıy ilə birgə yaşayıb.

Onlar qadın tanışları 1971-ci il təvəllüdlü Yelena Sandrandinovnıa yaşadıqları mənzilə gətiriblər. Yeyib-içmək məclisindən sonra Samir Yelena ilə cinsi əlaqədə olmaq istəyib. Qadın etiraz edib və evin dəhlizinə çıxıb. Samir də Yelenanın arxasıyca dəhlizə çıxaraq onun baş və bədəninə yumruq, təpik zərbələri vurub.

Dmitriy Razummıy da dostu Samirə kömək edərək qadını döyüblər. Sonra onlar qadını soyunduraraq divana uzadıb, orada qadına qarşı seksual xarakterli hərəkətlər ediblər. Qadın özündən gedib.