Dekabrda Müdafiə Nazirliyi 127 rəsmi məlumatı ictimailəşdirib


Digərləri 10 Yan 2018 15:35:00 223 0

Dekabrda Müdafiə Nazirliyi 127 rəsmi məlumatı ictimailəşdirib

Müdafiə Nazirliyi ötən ilin son ayında görülən işlərin statistikasını açıqlayıb

Bakı. 2017-ci ilin dekabr ayı ərzində Müdafiə Nazirliyi ilə müxtəlif dövlət, icra hakimiyyəti strukturları, eləcə də yerli və xarici qeyri-hökumət təşkilatları, ictimai qurumlarla birlikdə hərbi hissələrdə müxtəlif mövzuda tədbir və layihələr icra olunub. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin təşkilatçılığı ilə Şəmkir, Ağdaş, Göygöl, Füzuli, Beyləqan, Bərdə, Tovuz, Qazax, Qusar və Xocavənddə 13 hərbi-vətənpərvərlik tədbiri keçirilib. Dekabr ayında Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər Fondu, Bilik Fondu, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Mətbuat Şurası, Beynəlxalq Avrasiya Mətbuat Fondu, YAP Nəsimi və Nizami rayon təşkilatları, İRƏLİ” İctimai Birliyi, “Xocalı soyqırımını tanıtma” İctimai Birliyi və digər qurumların nümayəndələrinin iştirakı ilə cəbhəboyu zonada yerləşən hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı hərbi təhsil müəssisələrində 20-dən artıq tədbir təşkil olunaraq şəxsi heyətlə görüşlər keçirilib.