98 məktəbdə ingilis dili fənni üzrə monitorinq imtahanı keçirilib


Digərləri 10 Yan 2018 13:31:34 188 0

98 məktəbdə ingilis dili fənni üzrə monitorinq imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı şəhərində ümumtəhsil müəssisələrinin 10-cu sinfində təhsil alan şagirdlər üçün ingilis dili fənni üzrə monitorinq imtahanı keçirib.

Bakı. Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı şəhərində ümumtəhsil müəssisələrinin 10-cu sinfində təhsil alan şagirdlər üçün ingilis dili fənni üzrə monitorinq imtahanı keçirib. Mərkəzdən Trend-ə verilən məlumata görə, monitorinq imtahanı 98 məktəbdə təşkil olunub. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, mütəmadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. İmtahan bütün mərkəzlərdə təlimata uyğun həyata keçirilib. DİM rəhbərliyi və Təhsil Nazirliyinin nümayəndəsi də imtahan keçirilən binalara baş çəkiblər və imtahanın gedişini izləyiblər.