Bakıda ağaclara qənim kəsilənlər saxlanıldılar


Digərləri 10 Yan 2018 13:24:00 234 0

Bakıda ağaclara qənim kəsilənlər saxlanıldılar

Ötən il fevralın 23-də Xətai rayonunun Sarayevo küçəsində 6 ədəd, iyunun 9-da və 28-də isə Neapol küçəsində 32 ədəd şam və digər ağacların kəsilməsi faktları ilə əlaqədar Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin  259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanıb.

DİN-dən Son.az-a verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ağacları kəsməkdə şübhəli bilinən şəxslər müəyyən ediliblər. 

Bakı şəhər sakini Mehdi Kərimov, Ucar rayon sakini Rauf İsmayılov, Siyəzən rayon sakini Elşad Quliyev və Qubadlı rayon sakini Məqsəd Babayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil veriliblər.