Bakıya ilk qarın yağdığı TARİXLƏR
Digərləri 10 Yan 2018 13:27:00 250 0
Ekologiya və Təbii Sərvətlər Nazirliyi son 20 il ərzində Bakıya ilk qarın yağdığı tarixləri açıqlayıb.
Bakı. İlhamə İsabalayeva -
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) son 20 il ərzində Bakıya ilk qarın yağdığı tarixləri açıqlayıb.
ETSN-in Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, son 20 il ərzində Azərbaycanda qar ən tez 2015-ci ilin 4-5 oktyabrında Böyük və Kiçik Qafqazın dağlıq ərazilərinə yağıb. Bakı və Abşeron yarımadasına isə ən tez qar (sulu qar) 2011-ci ilin noyabrın 7-də, daha sonra noyabrın 24 və 25-də yağıb.
Buna qədər Bakı və Abşeron yarımadasında ilk qarın ən tez yağdığı tarix 2002-ci ilin 11 dekabrı olub. Həmin gün Bakıya 50 sm qar düşüb ki, bu da həmin il ərzində Bakıya ən çox qarın düşdüyü tarix olub.
A.Verdiyev qeyd edib ki, 2009-cu ildə yanvarın 1-4-də, 2012-ci ilin yanvarın 3-4-də, 2016-cı ildə yanvarın 1-4-də Bakı və Abşeron yarımadasına ilk qar yağıb:
Mənbə: az.trend.az