"UNEC Ekspert" jurnalının xüsusi buraxılışı: "Kriptovalyuta"


Digərləri 10 Yan 2018 10:38:11 199 0

"UNEC Ekspert" jurnalının xüsusi buraxılışı: "Kriptovalyuta"

Azərbaycan Dövlət İqtisad Universitetinin təsis etdiyi “UNEC Ekspert” jurnalının xüsusi buraxılışı işıq üzü görüb.

Bakı. Azərbaycan Dövlət İqtisad Universitetinin təsis etdiyi “UNEC Ekspert” jurnalının xüsusi buraxılışı işıq üzü görüb. UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, jurnalın budəfəki sayı son zamanlar qlobal iqtisadiyyatın önəmli hissəsinə çevrilən, dünya ictimaiyyətində, eləcə də ölkəmizdə ən çox maraq doğuran elektron pullara – kriptovalyutaya həsr olunub. UNEC-in 27 eksperti kriptovalyuta bazarının xüsusiyyətləri, mexanizmi, iqtisadi və hüquqi aspektlərini geniş təhlil edib. Jurnalda həmçinin elektron valyuta bazarının ən çox müzakirə olunan aparıcı valyutası “bitcoin”in iqtisadi mahiyyəti, hüquqi statusu, məzənnəsinin təyin olunması və emissiya mexanizmi haqqında ekspert şərhləri oxucuların diqqətinə çatdırılıb.