Kaliforniyada fəlakət: 13 nəfər həlak olub VİDEO FOTO


Digərləri 10 Yan 2018 10:10:00 233 0

Kaliforniyada fəlakət: 13 nəfər həlak olub  VİDEO  FOTO

ABŞ-ın Kaliforniya ştatının cənubundakı daşqınlar və torpaq sürüşmələri nəticəsində ən azı 13 nəfər həlak olub.

Son.az CBS-ə istinadən bildirir ki, dünən həmin bölgədə güclü leysan yağışları yağıb. Ötən ayda isə meşə yanğınları torpaq sürüşmələrinin qaşısını alan ağacları yandırmışdı.

Santa-Barbarada minlərlə yerli sakinə təlxiyə olunmaq məsləhət bilinib. Lakin regional yanğınsöndürmə xidmətinin yetkilisi Amber Andersonun dediyinə görə, onların yalnız 10-15 faizi təhlükəli bölgəni tərk ediblər.

Torpaq sürüşmələrinin ən çox ziyan vurduqları şəhərlər Santa-Barbaranın yaxınlığındakı Montesito və Karpinteriyadır. 101-ci avtoban daşlarla örtülüb.

Yolun sabah açılacağı deyilir.

"Sanki, Birinci Dünya Müharibəsi dönəmindəki savaş məkanı idi", - Santa-Barbaranın şerifi Bill Braun deyib. Onun sözlərinə görə, 20 nəfər itkin düşmüş sayıldığından fəlakət qurbanlarının sayı arta bilər.

2005-ci ildə Kaliforniyadakı torpaq sürüşməsində 10 nəfər həlak olmuşdu. Həmin sürüşmə Montesitodan 30 kilometr cənubdakı La Konçita şəhərində baş vermişdi.

ABŞ-ın ən məşhur teleaparıcısı, Montesitoda yaşayan Opra Uinfri İnstagram-dak profilində olay yerindən videolar və fotolar paylaşıb.

CNN bildirir ki, daşqın və torpaq sürüşmələri səbəbindən Kaliforniyada Sea World, Six Flags Magic Mointain, Knotts Berry Farm və Legoland əyləncə parkları bağlanıb.