Karib dənizində güclü zəlzələ baş verib


Dünya 10 Yan 2018 08:39:00 236 0

Karib dənizində güclü zəlzələ baş verib

Karib dənizində 7,6 maqnituda gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti (USGS) məlumat yayıb. Yeraltı təkanlar Hondurasın Barra-Patuka yaşayış məntəqəsinin təqribən 201 km-də qeydə alınıb. Onun ocağı yerin 33 km dərinliyində yerləşib.

Yeraltı təkanlar Honduras ərazisinin əksər hissəsində, həmçinin Meksikanın cənubunda hiss olunub.