İmmun sistemini müəyyənləşdirməyə kömək edə biləcək yeni texnologiya hazırlanır


Digərləri 10 Yan 2018 07:41:00 259 0

İmmun sistemini müəyyənləşdirməyə kömək edə biləcək yeni texnologiya hazırlanır

Bioinformatika ilə məşğul olan "Adaptive Biotechnologies" şirkəti tədqiqatlarını yeni səviyyəyə qaldırmaq üçün "Microsoft" ilə səylərini birləşdirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hər iki şirkətin mütəxəssisləri insanın immun sistemini müəyyənləşdirməyə kömək edə biləcək texnologiyaların konsepsiyasını hazırlayırlar. Onlar insanın immun sisteminin ətraflı "xəritəsini" təşkil etməyi planlaşdırıblar. "Xəritənin" köməyi ilə orqanizmdə baş verən bütün qeyri-normal dəyişiklikləri görmək və fiksasiya etmək mümkün olacaq. Bu, həkimlərə maksimal dəqiq diaqnoz qoymağa imkan verəcək.