Bakıda 59 yaşlı piyadanı avtomobil vurub


Digərləri 09 Yan 2018 22:06:00 212 0

Bakıda 59 yaşlı piyadanı avtomobil vurub

Bakıda piyadavurma hadisəsi qeydə alınıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində baş verib. Məlumata görə, 1959-cu il təvəllüdlü Mehbalıyev Qələmdar yolu keçərkən avtomobil onu vurub. Xəsarət alan piyada sürücü tərəfindən dərhal 3 saylı Şəhər Kliniki Xəstəxanaya çatdırılaraq, əməliyyata götürülüb. Q.Mehbalıyevin kəllə-beyin travması aldığı, vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.